27.08.2020 13:18
637

''Mançester Yunayted'' gənc qolkiper ilə müqavilə imzalayıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşındaki qolkiper Henderson ilə 5 illik müqavilə imzalayıb.
''Mançester Yunayted''in aşağı yaş qrupunda karyerasına başlayan əlcək sahibi keçən mövsüm icarə əsasında ''Şelfid Yunayted''də yaxşı mövsüm keçirdib. Buna görə də Henderson İngiltərənin əsas heyətinə dəvət alıb.
Qeyd edək ki, gənc qolkiper keçən mövsüm ''Şelfid Yunayted'' formasıyla çıxdığı 36 Premyer Liqa qarşılaşmasında qapısında 33 qol görüb, 13 oyunda isə qapsını toxunulmaz saxlayıb.