çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

"Barselona"da "Yeni Ronaldo"

27.08.2020 14:17 Oxundu 617


İspaniyanın "Barselona" klubu yeni transferi təqdim edib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Portuqaliya "Braqa"sında çıxış etmiş 21 yaşlı hücumçu Fransişku Trinkanı ilə 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, tərəflər 2020-ci ilin əvvəlində razılığa gəliblər.

"Barselona" "Yeni Ronaldo" adlandırılan forvard üçün 31 milyon avro ödəyib və onun təzminat məbləği 500 milyon avro olub.

Qeyd edək ki, Fransişku Trinkan ötən mövsüm "Braqa"da 40 oyun keçirib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.