çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Armando Kunqu: ''Bu olsa, irəliləyəcəyimizə inanıram''

27.08.2020 14:46 Oxundu 578


UEFA Avropa Liqasının 1-ci təsniaft mərhələsi çərçivəsində “Keşlə”nin qonağı olacaq Albaniyanın “Laçi”nin baş məşqçisi Armando Kunqu müsahibə verib.

Cempion.az xəbər verir ki, “Panorama Sport”un suallarını cavablandıran mütəxəssis, oyunla bağlı fikirlərini bölüşüb:

  • Azərbaycanda məşq necə keçdi?
  • Məşq yaxşı keçdi, hər şey normal oldu. İki həftədən çoxdur hazırlaşırıq. Bu dəfə əsasən oynayacağımız stadiona uyğunlaşmağa çalışdıq.
  • Azarkeşlər artıq Avropa Liqasına vəsiqəylə kifayətlənməyəcəklər, buna görə də, məqsəd növbəti mərhələyə çıxmaqdır. “Keşlə”ni keçə biləcəksiz?
  • Komandadan sadəcə öz oyununu göstərməsini və mövsüm boyunca göstərdiyimiz xarakter, istək və həvəsi göstərməsini gözləyirəm. Bu olsa, irəliləyəcəyimizə inanıram.
  • Ansi Aqolli illərlə Azərbaycanda oynayıb. Oyundan əvvəl ondan hansısa məlumat istədiniz?
  • Bu insana və nümunəvi futbolçuya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, bizi qürurlandıran bir albaniyalıdır.