çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

"Çelsi" daha bir transferi açıqlayıb

27.08.2020 15:47 Oxundu 580

"Ayaks"dan Hakim Ziyeşlə "Leyptsiq"dən Timo Verneri rənglərinə bağlayan "Çelsi" daha bir transferi açıqlayıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lester Siti"nin sol cinah müdafiəçisi Ben Çilveli transfer edib. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.

 Qeyd edək ki, "zadəganlar" ingilis futbolçu üçün "tülkülər"ə 50 milyon funt-sterlinq təzminat ödəyib.