çərşənbə axşamı, 05 avqust 2025

BİZİM FUTBOL

Millimiz reytinqdə irəliləyib

27.08.2020 16:47 Oxundu 452

Azərbaycan UEFA reytinqində irəliləyib.

Cempion.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib.

Aktivinə 0,375 xal yazan Azərbaycan 15.125 xalla 26-cı yerdən 25-ci pilləyə yüksəlib. Buna həm də Rumıniyanın Çempionlar Liqasındakı təmsilçisi Kluj-un Xorvatiya "Dinamo"su (Zaqreb) ilə 2:2 hesablı heç-heçə etməsi səbəb olub.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatmada müəyyənləşəcək.