çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

''İnter''in yeni hədəfi

27.08.2020 18:17 Oxundu 550

''İnter'' klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Cempion.az ''Sky Sports'' nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi ''Barselona''nın şərəfini qoruyan Arturo Vidala göz dikib. Kontenində israrla istədiyi futbolçu üçün ''İnter'' klubu Kataloniya təmsilçisinə təklif göndərməyə hazırlaşır. Yarımmüdafiəçi isə yaxın günlərdə komandadan ayrılacağını açıqlayıb. Vidalın karyerasını ''İnter''də davam etdirəcəyi gözlənilir.