bazar, 03 avqust 2025

BİZİM FUTBOL

"Zirə"də brazilyalı qapçı

28.08.2020 09:55 Oxundu 794


Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Cempion.az "Portalcambe" nəşrinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə razılığa gəlib. 25 yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən "Londrina" ilə müqaviləsini ləğv edib. 

Qapıçı yaxın günlərdə Bakıya gələcək. 

Mateus Albino Carneiro "Zirə"yə keçidi barədə bunları söyləyib: "Xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropa futbolunda oynamağı arzu etmişəm. "Londrina" azarkeşlərinə və kluba mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada  hər şeydən çox məmnun idim. Heyətdəki futbolçular və məşqçilər korpusu ilə dost oldum, klubu televiziya və sosial şəbəkələrdə izləməyə davam edəcəyəm. 

Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından "Londrina"da çıxış edir.