bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Atletiko''lu futbolçu ''Monako''ya keçdi

28.08.2020 12:57 Oxundu 719


Fransanın ''Monako'' klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ''Monako'' İspaniyanın ''Atletiko Madrid'' klubunda forma geyinən 23 yaşlı Enrike ile 5 illik müqavilə imzalayıb.

Fransa mətbuatında yer alan xəbərə görə, ''Monako'' transfer üçün qarşı tərəfə 8 milyon avro ödəyib.

Karyerasına 2016-cı ildə ''Atletiko Madrid''də başlayan Enrike Brazilyanın ''Parana'', ''Fluminense'' və ''Gremio'' klublarında icarə əsasında çıxış edib.