çərşənbə axşamı, 05 avqust 2025

BİZİM FUTBOL

“Neftçi”nin rəqibləri müəyyənləşdi

28.08.2020 13:01 Oxundu 775


UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubuna qalib gələn (2:1) “Neftçi”nin növbəti mərhələdəki potensial rəqibləri məlum olub.

Cempion.az xəbər verir ki, “ağ-qaralar” 2-ci təsnifat mərhələsinin püşkündə səpələnməmişlər səbətində yer alacaq. Bu da klubun nisbətən güclü komandalara rəqib olacağı deməkdir. Bu rəqiblərin arasında “Tottenhem”, “Milan, “Volfsburq”, “Qranada” kimi klublar var.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi

Səpələnmişlər

“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
APOEL (Kipr)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Malmö” (İsveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Styaua” (Rumıniya)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Reyms” (Fransa)
“Fehervar” (Macarıstan)
“Rio Ave” (Portuqaliya)
“Dinamo” (M, Rusiya)
“Slovan” (Çexiya)
“Hayduk” (Xorvatiya)
“Şkendiya” (Şimali Makedoniya)
“Kolos” (Ukrayna)
“Villem” (Niderland)
TNS (Uels)
“Yablonets” (Çexiya)
“Lex” (Polşa)
“Hartberq” (Avstriya)
“Aberdin” (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya)

Səpələnməmişlər

“Kukesi” (Albaniya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
OFİ (Yunanıstan)
“Ventspils” (Latviya)
“Olimpiya” (Sloveniya)
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya)
“Osiyek” (Xorvatiya)
“Höteborq” (İsveç)
 “Hammarbü” (İsveç)
“Bodo Qlimt” (Norveç)
“Vikinq” (Norveç)
“Proqress” (Lüksemburq)
“Riterlay” (Litva)
MOİK (Bolqarıstan)
“Honved” (Macarıstan)
“Kaysar” (Qazaxıstan)
“Neftçi” (Azərbaycan)
B-36 (Farer adaları)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Botoşani” (Rumıniya)
“Pyast” (Polşa)
“Teuta” (Albaniya)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Lokomotivi” (Gürcüstan)
“Laçi” (Albaniya)
“Hibernians” (Malta)
“Dunayska” (Slovakiya)
“Bala Taun” (Uels)
“Sfantul” (Moldova)
“Şemrok Rovers” (İrlandiya)
“Kolreyn” (Şimali İrlandiya)
“Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi