28.08.2020 14:00
754

İtaliyanın ''Latsio'' klubu yeni futbolçu transfer edib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ''Latsio'' 37 yaşlı təcrübəli əlcək sahibi Pepe Reinanı heyətinə cəlb edib.
Qolkiperin son olaraq forma geyindiyi ''Milan'' klubu da futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ''Barselona''nın aşağı yaş qrupunda yetişən Reina, daha öncə ''Vilyareal'', ''Liverpul'', ''Napoli'', ''Bavariya'', ''Aston Villa'' və ''Milan'' kimi klubların qapısını qoruyub.