28.08.2020 14:44
605


"Barselona"dan ayrılacağı danışılan Luis Suaresin "Yuventus"a təklif edildiyi bəlli olub.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Qonzalo Hiquain ilə yollarını ayırmağa hazırlaşan Turin klubu onun yerini uruqvaylı futbolçu Suares ilə doldurmaq niyyətindədir.
Xəbərdə bildirilir ki, "Barselona"da qalması düşünülməyən futbolçu "Yuventus"a təklif olunub.
Qeyd edək ki, forvard axtarışında olan İtaliya klubunun bu təklifi isti qarşıladığı bildirilir.