çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

İbrahimoviç müqaviləsini yenilədi

28.08.2020 15:09 Oxundu 632

Zlatan İbrahimoviç "Milan" klubu ilə müqaviləsini yeniləyib.

Cempion.az xəbər verir ki, "Milan" isveçli ulduz oyunçu ilə müqaviləsinin müddətini bir illiyinə uzadıb. İbrahimoviçin yeni mövsümdə də 9 nömrəli forma geyinəcəyi təsdiqlənib. 38 yaşlı oyunçunun bir illik müqavilə qarşılığında maaşı 8 milyon avro olacaq. 

Qeyd edək ki, ötən mövsüm "Milan"da 17 matça çıxan təcrübəli hücumçu 10 qol vurub, 5 ötürmə edib.