çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

"İnter"in növbəti transferi

28.08.2020 15:29 Oxundu 763

İtaliyanın "İnter" klubu növbəti transferini həll edib.

Cempion.az "La Gazetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi "Roma"nın müdafiəçisi Aleksandar Kolarovla anlaşıb. 34 yaşlı serbiyalı futbolçu tibbi müayinədən keçdikdən sonra "göy-qaralar"la 2 illik müqavilə imzalayacaq.

 Qeyd edək ki, "Roma" Kolarovu 2017-ci ildə "Mançester Siti"dən 5 milyon avroya transfer etmişdi.