çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Gənc futbolçu İngiltərə klubunda

28.08.2020 15:40 Oxundu 621


İngiltərənin ''Kristal Pelas'' klubu heyətinə gənc futbolçu cəlb edib.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ''Kristal Pelas'' 22 yaşlı Nigerya əsilli İngiltərəli futbolçu Eze ilə 5 illik müqavilə imzalayıb.

İngiltərə mətbuatında yer alan xəbərə görə, gənc futbolçu üçün qarşı tərəfə 20 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki,  karyerasına 2016-cı ildə başlayan Eze keçən mövsüm "Çempionşip"də 46 matça çıxıb, 14 qolla yadda qalıb.