çərşənbə axşamı, 05 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”da yeni futbolçu

28.08.2020 15:53 Oxundu 707

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” heyətinə daha bir futbolçu cəlb edib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Çerno More”nin (Bolqarıstan) mərkəz yarımmüdafiəçisi Patrik Andradeni transfer edib. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Afrika qitəsində yerləşən Kabo Verdenin vətəndaşı olan Petrik Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Xatırladaq ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi də heyətinə cəlb edib.