çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

"Barselona"nın transfer planı

28.08.2020 17:18 Oxundu 614

"Barselona" Lionel Messinin əvəzləyicisini tapıb.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu "Liverpul"dan təcrübəli futbolçu Sadio Maneni heyətinə cəlb etmək istəyir. "Barselona"nın seneqallı futbolçunun transferi üçün 120 milyon büdcə ayırdığı deyilir.

Qeyd edək ki, Sadio Mane ötən mövsüm "Liverpul"un heyətində 47 oyun keçirərək 22 qol vurub və 12 məhsuldar ötürmə verib.

"Transfermarkt" ona 120 milyon avro qiymət qoyub.