28.08.2020 18:48
584

Messinin karyerasını Fransada davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb.
Cempion.az ''France Football'' nəşrinə istinadən xəbər verir ki, PSJ-nin İdman direktoru Leonardo Lionel Messinin atasına zəng edərək arqentinalı ulduz futbolçunu transfer etmək istədiklərini bildiriblər.
Messi PSJ ilə razılaşarsa, daha öncə ''Barselona''da birlikdə oynadığı brazilyalı Neymarla yenidən eyni forma altında mübarizə aparacaq.