çərşənbə axşamı, 05 avqust 2025

DİGƏR NÖVLƏR

Daha bir yarış ləğv edildi

28.08.2020 19:18 Oxundu 576

Moskvada bu il keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb.

Cempion.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) birinci vitse-prezidenti Serqey Sırtsov məlumat verib.

Qeyd edək ki, qitə çempionatının bu ilin aprelində keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq koronavirus pandemiyası səbəbindən oktyabrın sonu - noyabrın əvvəlinə təxirə salınmışdı.