
''Liverpul''un baş məşqçisi Klopp Messinin ''Mançestet Siti''yə transferi ilə bağlı açıqlama verib.
Cempion.az xəbər verir ki, O, mətbuat konfransında arqentinalı ulduz futbolçunun şəhərlilərə transfer olacağı barədə bunları deyib: "Bu, onları məğlub etməyi daha da çətinləşdirər amma Premyer Liqa üçün gözəl olar. Messini İngiltərədə görmek istərdim ancaq bunun olub olmayacağından əmin deyiləm".
53 yaşındaki alman çalışdırıcı, Messinin transfer siyahılarında olub olmadığı sualına isə belə cavab verib: "Messini kim komandasında görmək istəməz ki? Ancaq buna şansımız yox, Messinin transfer qiymətini ödəmək gücündə deyilik".
Qeyd edək ki, İspanya mətbuatında, Messinin ''Barselona''dan ayrılacağı təqdirdə ''Mançester Siti''yə gedəcəyi qeyd edilir.