çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça" növbəti transfer

29.08.2020 12:34 Oxundu 581

"Fənərbaxça" növbəti transferini açıqlayıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Meksikanın "Tiqres" klubundan ayrılan ekvadorlu vinger Enner Valensiyanı heyətinə qatıb.

 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ekvador millisinin üzvü ötən mövsüm "Tiqres"də keçirdiyi 29 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Valensiya İngiltərənin "Vest Hem" və "Everton" klublarında da çıxış edib.