çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Messidən Neymara təklif

29.08.2020 13:35 Oxundu 728

"Barselona"nın futbolçusu Lionel Messi PSJ-nin hücumçusu Neymlarla yenidən komanda yoldaşı olmaq istəyir.

Cempion.az xəbər verir ki, 33 yaşlı oyunçu braziliyalı futbolçuya onunla birlikdə "Mançester Siti"yə keçməyi təklif edib.

Bununla bağlı Messinin Neymarla əlaqə saxladığı iddia olunub. "Mançester Siti"nin argentinalı futbolçu üçün "Barselona"ya 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.