çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

PSJ yayılan xəbərləri təsdiqlədi

29.08.2020 16:20 Oxundu 615

Fransanın PSJ klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək. 

Cempion.az xəbər verir ki, Paris təmsilçisinin sahibləri 33 yaşlı hücumçunu almaq istədiklərini təsdiqləyib. Onlar bu keçidə görə pul ayırmağa hazırdırlar. 

Klubun direktoru Leonardo artıq transferin detallarını müzakirə etmək üçün Messi ilə əlavə saxlayıb. 

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.