çərşənbə axşamı, 05 avqust 2025

BİZİM FUTBOL

“Neftçi”nin futbolçusu milliyə dəvət olunub

29.08.2020 22:13 Oxundu 635


Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib.

Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov yığmanın toplanışına dəvət olunub.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.