çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Gökhan Törə klubunu dəyişir

30.08.2020 10:55 Oxundu 697

"Beşiktaş" "Yeni Malatyaspor"un cinah futbolçusu Gökhan Törəni transfer edib.

Cempion.az xəbər verir ki, İstanbul təmsilçisi tezliklə 28 yaşlı futbolçunu ictimaiyyətə təqdim edəcək. "Ağ-qaralar" bu keçid üçün müəyyən qədər təzminat ödəyib.

 Gökhan Törə 2019-cu ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra "Yeni Malatyaspor"a keçmişdi. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 28 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.