30.08.2020 12:50
881


“Bavariya”nın hücumçusu Robert Levandovski “qızıl top” mükafatı ilə bağlı açıqlama verib.
Cempion.az xəbər verir ki, ölkəsi Polşada mətbuata açıqlama verən Levandovski bunları deyib: "Bu il klub olaraq qazana biləcəyimiz hər şeyi qazandıq. Oynadığım bütün turnirlərdə bombardir oldum. Məncə,''Qızıl Top'' mükafatı bunların hamsını bacaran bir futbolçuya verilməlidir".
Bu mövsüm çıxdığı 47 qarşılaşmada 55 qol vuran Levandoviski finala qədər oynadığı bütün Çempionlar Liqası maçlarında da rəqib qapılarını məyus etməyi bacarıb. 32 yaşındaki ulduz oyunçu daha oynamadığı Almanya Super Kuboku və UEFA Super Kupunu da qazanmaqlarının vacib olduğunu bildirib.