şənbə, 28 mart 2026

DÜNYA FUTBOLU

“Tottenhem”də yeni futbolçu

30.08.2020 14:53 Oxundu 619


İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Cempion.az xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Qeyd edək ki, “Tottenhem” irlandiyalı futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.