31.08.2020 09:29
627

''Everton'' klubu futbolçusu ilə yeni müqavilə imzalayıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşındaki İngiltərəli futbolçu Kini ''Everton''la müqaviləsini 2025-ci ilin iyuluna qədər uzadıb.
Karyerasına ''Mançester Yunayted''də başlayan müdafiəçi ''Lester Siti'', ''Derbi'', ''Blakbörn Rovers'' və ''Börinli'' klublarında çıxış etdikdən sonra 2017-ci ildə ''Everton''a transfer olub.
Qeyd edək ki, komanda ilə 3 mövsümdə Premyer Liqa maçına çıxan Kin 3 qolla yadda qalıb.