31.08.2020 10:19
613

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Qurban Qurbanovun komandası səpələnmişlər sırasında yer alacaq.
Təmsilçimizin Potensial rəqiblər isə Norveçin “Mölde”, Danimarkanın «Midtüllann”, Macarıstanın “Ferentsvaroş”, Kiprin “Omoniya” və Belarusun “Dinamo” (Brest) komandalarıdır.
Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.