çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Lemina ''Fulhem''də - RƏSMİ

31.08.2020 11:55 Oxundu 587


İngilrənin ''Fulhem'' klubu, keçən mövsüm ''Qalatasaray''da icarə əsasında çıxış edən Mario Leminanı heyətinə cəlb edib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qabonlu oyunçunu bir mövsümlük ''Southempton''dan icarə əsasında tranrsfer edib.

26 yaşındakı Lemina karyerası boyunca Fransanın ''Lorient'', ''Marsel'' və İtalyanın ''Yuventus'' klublarında çıxış edib.

Qeyd edək ki, keçən mövsüm ''Qalatasaray''da icarə əsasında oynayan yarımmüdafiəçi sarı-qırmızılı formayla 28 maça çıxıb və 1 qolla yadda qalıb.