31.08.2020 12:50
537

İspaniyanın ''Real Betis'' klubu ''Mançester Siti''dən ayrılan futbolçunu heyətinə cəlb edib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi müqaviləsinin sona çatmasından sonra ''şəhərlilər''dən ayrılan 37 yaşındaki Bravo ilə 1+1 illik sözləşmə imzalayıb.
Karyerasına ''Kolo-Kolo'' klubunda başlayan təcrübəli qolkiper, İspanyada ''Real Soseydad'' və ''Barselona''da çıxış etdikdən sonra 2016-cı ildə ''Mançester Siti''yə transfer olmuşdu.
Qeyd edək ki, Bravo İngiltərə klubunda 4 mövsümdə 61 rəsmi maça çıxıb.