çərşənbə axşamı, 05 avqust 2025

BİZİM FUTBOL

"Neftçi"nin rəqibləri müəyyənləşib

31.08.2020 12:23 Oxundu 704

"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Cempion.az xəbər verir ki, səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi püşkatma nəticəsində səpələnmişlər səbətindəki bu 3 komandadan biri ilə qarşılaşacaq: “Dinamo” (Moskva, Rusiya), “Qalatasaray” (Türkiyə),  “Kayrat” (Qazaxıstan).

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində  atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.