31.08.2020 13:20
591


İngiltərənin ''Mançester Yunayted'' klubu ''Ayaks''ın futbolçusu ilə maraqlanır.
Cempion.az ''Sky Sports'' nəşrinə istinadən xəbər verir ki, niderlandlı 23 yaşlı futbolçu Donni van de Beek karyerasını İngiltərədə davam etdirəcək. ''Mançester Yunayted''in baş məşqçisi Ule Qunnar Sulşer yarımmüdafiəçini israrla komandasında görmək istəyir. Transferin baş tutması üçün ''qırmızı şeytanlar'' ''Ayaks'' klubuna 40 milyon avro təklif edib. Xəbərdə, danşıqların müsbət nəticələndiyi və transferin qısa zamanda açıqlanacağı bildirilir.