31.08.2020 14:59
544

İtaliyanın “Latsio” klubu futbolçusu Çiro İmmobilenin müqaviləsini yeniləyib.
Cpion.az xəbər verir ki, 30 yaşlı hücumçuyla müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İmmobile son mövsümdə İtaliya A Seriyasında 36 qolla bombardir olub və “qızıl buts” mükafatını qazanıb.