çərşənbə, 06 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ"ın oyunu neytral stadionda keçrilə bilər

31.08.2020 16:30 Oxundu 610


"Qarabağ" - "Mölde" oyunu Bakıda keçirilməyə bilər.

Cempion.az "Smp.no" saytına istinadən xəbər verir ki, oyunun neytral meydanda təşkil olunmasının mümkünlüyünü iddia edib.

Buna səbəb odur ki, Norveç klubu Azərbaycan səfərindən sonra 10 günlük karantində olmalıdır. Yerli hökumətin bu məsələdə komandaya istisna tətbiq etməsi ehtimalı aşağı olduğundan matç fərqli məkanda oynanıla bilər.

Qeyd edək ki, "Qarabağ" - "Mölde" oyunu sentyabrın 15-16-da keçiriləcək.