31.08.2020 17:07
588

“Qalatasaray”ın zədəli futbolçusu Emre Akbabanın son durumu bəlli olub.
Cempion.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ən azı iki ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İyulda zədələnən Emre, oktyabrın ortalarında yaşıl meydanlara qayıdacaq. Yarımmüdafiəçi Super Liqada yeni mövsümün ilk 3 turunu və Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyununu da buraxmalı olacaq.
2018-ci ilin avqustunda “Qalatasaray”a keçən Akbaba, son mövsümdə Super Liqada 17 oyunda iştirak edib.
Qeyd edək ki, “Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.