çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"dan paylaşım

31.08.2020 18:37 Oxundu 599


Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə cavab verib.

Cempion.az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi "Twitter" hesabından azərbaycan dilində paylaşım edib. "Sarı-qırmızılar" "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin"yazıb.

"Neftçi" daha əvvəl"Twitter"də"Sizi gözləyirik, "Qalatasaray",We are waiting for you, "Qalatasaray" paylaşımını etmişdi.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.

Profile photo, opens profile page on Twitter in a new tab
Galatasaray SK

@GalatasaraySK

AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin.



Neftçi PFK
@PFC_Neftchi