669

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Cempion.az xəbər verir ki, püşkatma mərasimi saat 14:00-da başlayacaq.
Püşkdə Azərbaycanın “Qarabağ” klubunun da pley-off mərhələsindəki potensial rəqibi məlum olacaq. “Köhlən atlar” 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq. “Qarabağ” pley-off mərhələsinə yüksəlsə, “Zaltsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Slaviya” (Praqa, Çexiya), “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi ilə qarşılaşa bilər.
Pley-off mərhələsinin ilk matçları 22 – 23 sentyabr, cavab qarşılaşmaları isə 29 – 30 sentyabr tarixlərində oynanılacaq.
“Qarabağ” – “Molde” oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
''Zaltsburq'' (Avstriya)
''Olimpiakos'' (Yunanıstan)
''Ferentsvaroş'' (Macarıstan) – ''Dinamo'' (Zaqreb, Xorvatiya) cütünün qalibi
''Slaviya'' (Praqa, Çexiya)
Səpələnməmişlər
''Midtyulland'' (Danimarka) – ''Yanq Boyz'' (İsveçrə) cütünün qalibi
''Qarabağ'' – ''Molde'' (Norveç) cütünün qalibi
''Omoniya'' (Kipr) – ''Srvena Zvezda'' (Serbiya) cütünün qalibi
''Makkabi'' (Təl-Əviv, İsrail) – ''Dinamo'' (Brest, Belarus) cütünün qalibi
Liqa Yolu
Səpələnmişlər
PAOK (Yunanıstan) – ''Benfika'' (Portuqaliya) cütünün qalibi
''Dinamo'' (Kiyev, Ukrayna) – ''Alkmaar'' (Niderland)
Səpələnməmişlər
''Gent'' (Belçika) – ''Rapid'' (Vyana, Avstriya) cütünün qalibi
''Krasnodar'' (Rusiya)