01.09.2020 13:46
562


İspaniya millisinin üzvü koronavirusa yoluxub.
Cempion.az ''Marca'' nəşrinə istinadən xəbər verir ki, ''Vulverhempton''un təcrübəli futbolçusu Adama Trarorenin koronavirus testi müsbət çıxıb. Buna görə də futbolçu İspaniya yığması ilə məşqlərə qoşulmayıb. Xəbərdə, futbolçunun karantinə alındığı və müalicəyə başladığı bildirilir.