çərşənbə, 06 avqust 2025

BİZİM FUTBOL

Kamran Quliyev: “Türkiyə klubları bizim iki futbolçumuzla maraqlanır" - VİDEO

01.09.2020 14:46 Oxundu 764


“Neftçi”nin prezidenti Kamran Quliyev “A Spor” kanalına müsahibə verib.

Cempion.az-ın məlumatına görə, Bakı klubun rəhbəri Türkiyə klublarının “ağ-qaralar”ın iki futbolçusuna rəsmi təklif göndərdiyini bildirib: 

“Türkiyə klubları bizim iki futbolçumuzla maraqlanır. Hətta rəsmi təklif də göndəriblər. Həmin oyunçuların adlarını açıqlamayacağam, amma gələcəyi parlaq olan oyunçulardır. Yəqin ki, “Qalatasaray”la oynayacağımız üçün bizim futbolçuları daha çox izləyəcəklər”.