çərşənbə, 06 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” – “Molde” oynunun yeri dəyişə bilər

01.09.2020 17:16 Oxundu 645


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Molde” matçı UEFA-nın siyahısından çıxarılıb.

Cempion.az xəbər verir ki, qurumun saytında sentyabrın 16-da keçirilməli olan oyunların siyahısında “köhlən atlar”ın matçı yoxdur. UEFA həmin matçın keçirilmə yeriylə bağlı yekun qərarını bu gün verəcək.

“Molde” “Qarabağ”a müraciət edərək, oyunun neytral meydanda keçirilməsini istəyib. Lakin Ağdam təmsilçisi bununla razılaşmayıb və rədd cavabı verib. Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.