çərşənbə, 06 avqust 2025

BİZİM FUTBOL

“Neftçi”nin potensial rəqibi müəyyənləşib

01.09.2020 18:16 Oxundu 610


Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 15:00-da başlayıb. Püşkdə “Neftçi”nin də potensial rəqibi müəyyənləşib.

“Ağ-qaralar” 2-ci mərhələdəki rəqibi “Qalatasaray”ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, 3-cü mərhələdə “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

“Neftçi” - ”Qalatasaray” (Türkiyə) – “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya)