çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Haverts İngiltərə klubunda

01.09.2020 18:46 Oxundu 566

"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsin transferini bitirib.

Cempion.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Peter Boş almaniyalı futbolçunun müqavilə imzalamaq üçün Londona yollandığını deyib. London təmsilçisi bu keçidi 80+20 milyon avro təzminat ödəyəcək. Almaniya millisinin üzvü ilə 5 illik razılıq əldə edilib. Haverts illik 10 milyon avro maaş alacaq.

Qeyd edək ki, gənc oyunçu 11 yaşında "Bayer"in akademiyasına qoşulub. 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm 35 oyunda 12 qol vurub, 8 məhsuldar edib.