01.09.2020 19:16
561


"Real" hücumçusu Brahim Diası icarəyə verib.
Cempion.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu 2020/21 mövsümünü "Milan"da keçirəcək. Müqavilədə satın alma şərti yoxdur.
Qeyd edək ki, "Real" İspaniyanın U-21 millisinin üzvünü 2019-cu ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib.