çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

"Latsio"dan 20 milyon avroluq transfer

01.09.2020 19:46 Oxundu 542

Türkiyə "Fənərbağça"sının futbolçusu Vedat Muriki karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Cempion.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi kosovolu hücumçunu 20 milyon avro qarşılığında "Latsio"ya satıb.

Rəsmi açıqlamanının bu həftə içərisində veriləcəyi gözlənilir. Roma klubu 26 yaşlı forvardla 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Fənərbağça" Vedat Murikini ötən yay "Rizəspor"dan heyətinə qatmışdı.