çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Brazilyalı futbolçu ''Arsenal''da

02.09.2020 10:00 Oxundu 608


''Arsenal'' heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi ''Lill''dən transfer etdiyi 22 yaşındaki brazilyalı müdafiəçi Qabriel ilə uzun müddətli müqavilə imzalayıb.

Xəbərdə, ''Arsenal'' bu transfer üçün qarşı tərəfə 26 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, karyerasına ölkəsinin ''Avayi'' klubunda başlayan Qabriel, 2017-ci ildə ''Lill''ə transfer olub. Daha sonra Fransanın ''Troyes'' və Xarvatiyanın ''Dinamo'' Zaqreb klubunda icarə əsasında oynadıqdan sonra keçən mövsüm ''Lill''ə geri qayıdan Qabriel çıxdığı 34 qarşılaşmada 1 qolla yadda qalıb.