çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

La Liqa bu tarixdə başlayacaq

02.09.2020 10:30 Oxundu 579

Futbol üzrə İspaniya La Liqasının başlayacağı tarix məlum olub.

Çempion.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 13-də başlanacaq İspaniya La Liqasında artıq təqvim də məlumdur. İlk turda keçiriləcək görüşlərə gəlincə,“Alaves” klubu “Real Betis”i qəbul edəcək. Bundan başqa: Atletiko” – “Sevilya”, “Barselona” – “Elçe”, “Eybar” – “Selta”, “Kadiz” – “Osasuna”, “Qranada”  - “Atletik”, “Real” – “Xetafe”, “Valensiya” – “Levante”, “Real Valyadolid” – “Real Sosyedad”, “Vilyarreal” – “Ueska” görüşləri keçiriləcək.

Mövsümün ilk El-Klassikosu 7-ci turda baş tutacaq. Qarşılaşma oktyabrın 25-də “Nou Kamp”da olacaq.