çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Ndiayeyə Türkiyə klubundan təklif

02.09.2020 11:00 Oxundu 614

Badu Ndiaye karyerasını Türkiyədə davam etdirə bilər.

Cempion.az xəbəbr verir ki, müqaviləylə “Stok Siti”yə məxsus olan, bundan əvvəl isə icarə razılaşması əsasında Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klublarında çıxış edən Badu Ndiaye karyerasını yenidən Türkiyədə davam etdirmək istəyir. Futbolçuya bu dəfə İstanbul təmsilçisi “Beşiktaş” transfer təklfi yollayıb. Klubun İdarə heyətinin xarici işlərdən məsul üzvü Erdal Torunoğulları futbolçu ilə danışıqlara başlayıb və şifahi razılıq əldə edib. Bu danışığın ardından rəhbərlik “Stok Siti”yə transfer üçün 1 milyon avro təklif edib.Tərəflər arasında danışıq hələ də davam edir.