çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Messi ingilislərlə razılığa gəlib

02.09.2020 11:56 Oxundu 581


“Barselona”nın arqentinalı ulduzu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az “Daily Record” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu “Mançester Siti” klubunun sahibi olan “City Football Group” şirkətiylə ilkin razılıq əldə edib. Belə ki, Messi şirkətlə 5 illik müqavilə imzalayacaq. O, ilk 3 ilini “Mançester Siti”də, qalan 2 ili isə “Nyu-York Siti”də keçirəcək. Messi bu müqavilə ilə ümumilikdə 700 milyon avro qazanacaq.