02.09.2020 12:17
561


''Roma''nın futbolçusu karyerasını ''İnter''də davam etdirə bilər.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ''İnter'' klubu 34 yaşlı Kolarovu transfer siyahısına salıb. Sol cinah müdafiəçini israrla istəyən Konte rəhbərliyindən futbolçunun komandaya cəlb edilməsini istəyib. Xəbərdə, artıq Kolarov və ''Roma'' ilə razılığın əldə olunduğu bildirilir. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.