çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

''Monako''da yeni hücumçu

02.09.2020 13:47 Oxundu 604


''Monako'' klubu heyətini ''Leverkuzen''in futbolçusu ilə gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi 28 yaşındaki almanyalı Volland ilə 4 illik müqavilə imzalayıb.

Fransa mətbuatında yer alan xəbərə görə, hücumçu üçün ''Monako'' qarşı tərəfə15 milyon avro ödəyib.

Qeyd edək ki, ''Bayer Leverkuzen''in 2016-cı ildə ''Hoffenheim''dən transfer etdiyi Volland alman klubunda 148 qarşılaşmada forma geyinib və 50 qolla yada qalıb.